ABŞ-da ikisi uşaq olmaqla beş nəfər öldürülüb

ABŞ-da ikisi uşaq olmaqla beş nəfər öldürülüb
  08 Aprel 2021    Oxunub:1673
ABŞ-ın Cənubi Karolina ştatında baş vermiş atışma nəticəsində ikisi uşaq olmaqla, beş nəfər öldürülüb.
Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu barədə yerli polis məlumat yayıb.

Atışma Rok- Hill adlı şəhərdəki evlərdən birində baş verib. Hadisə nəticəsində şəhərdə tanınan 70 yaşlı həkim, onun 69 yaşlı həyat yoldaşı, qız və oğlan nəvələri, xidmətçiləri öldürülüb. Silah zərbələrindən ağır yaralanan altıncı şəxs xəstəxanaya aparılıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ   Atışma  



Xəbər lenti