Britaniya XİN rəhbəri səfirliyin ələ keçirilməsini pislədi

Britaniya XİN rəhbəri səfirliyin ələ keçirilməsini pislədi
  08 Aprel 2021    Oxunub:1233
Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab Myanmadakı hərbi çevriliş tərəfdarlarının Londonda bu ölkənin səfirliyini ələ keçirməsini pisləyib.
Azvision.az xəbər verir ki, bu barədə nazir “Twitter” hesabında yazıb.

"Myanmadakı hərbi rejimin Londondakı zorakı hərəkətini qınayırıq və bu ölkənin Britaniyadakı səfiri Çjo Zo Miniyə cəsarətinə görə təşəkkür edirəm”, - deyən XİN rəhbəri zorakılığa son qoymağa və tez bir zamanda demokratiyanın bərpasına çağırıb.

Daha əvvəl “Daily Telegraph” hərbi rejimin tərəfdarlarının Londonda Myanma səfirliyini ələ keçirdiklərini yazıb. Diplomatik nümayəndəlik rəhbərinin dediyinə görə, həmkarları ona xəyanət edib və səfirliyə daxil olmasının qarşısını alaraq, qapını arxadan bağlayıblar. Səfir əlavə edib ki, anlaşmada iştirak edən diplomatlar Myanmadakı yeni hakimiyyətdən təlimat alıblar.

1 fevralda Myanma ordusu bir il müddətinə fövqəladə vəziyyət elan edib və ölkə rəhbərliyini istefaya göndərib. Ordu nümayəndələri bunu 2020-ci il parlament seçkilərindəki genişmiqyaslı saxtakarlıqlarla izah ediblər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Myanma   London   Britaniya  





Xəbər lenti