“Cənubi Qafqaz sülh və sabitlik bölgəsi ola bilər” - Çavuşoğlu

“Cənubi Qafqaz sülh və sabitlik bölgəsi ola bilər” -  Çavuşoğlu
  08 Aprel 2021    Oxunub:1885
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğu Küveytdən olan həmkarı Əhməd Nasser əl- Mohammed əl-Sabahla Qarabağ məsələsi və Qafqaz bölgəsindəki vəziyyəti müzakirə edib.
Azvision.az xəbər verir ki, bu barədə Çavuşoğlu görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

XİN başçısı bildirib ki, Qarabağda əldə edilmiş atəşkəs bölgədə önəmli layihələrin həyata keçirlməsində yeni fürsətdir.

“Əgər Ermənistan bu fürsəti qiymətləndirsə, Cənubi Qafqaz gələcəkdə sülh, sabitlik bölgəsi ola bilər”, -deyə Çavuşoğlu vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: MövludÇavuşoğu  



Xəbər lenti