İki ölkədən quş əti gətirilməsinə qadağa qoyuldu

İki ölkədən quş əti gətirilməsinə qadağa qoyuldu
  08 Aprel 2021    Oxunub:1700
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən başqa ölkələrdən respublikamızın ərazisinə keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunmaq məqsədi ilə Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından (OIE) daxil olan məlumatlar əsasında dünyadakı epizootik vəziyyətə uyğun olaraq müvafiq tədbirlər həyata keçirilir.
AQTA-dan Azvision.az -a verilən məlumata görə, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (OIE) məlumatına əsasən, Estoniya Respublikasının Haryumaa (Harju) və Küveyt Dövlətinin Əl Ahmədi (Al Ahmadi) inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

24 aptekin personalı işdən çıxarıldı
Respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədi ilə OIE-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə əsasən zonalaşma prinsipi nəzərə alınmaqla, Estoniya Respublikasının Haryumaa və Küveyt Dövlətinin Əl Ahmədi inzibati ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi üçün Estoniya Respublikasından və Küveyt Dövlətindən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət olunub.

Azvision.az


Teqlər: AQTA  





Xəbər lenti