Rusiyada koronavirusdan daha 365 nəfər ölüb

Rusiyada koronavirusdan daha 365 nəfər ölüb
  08 Aprel 2021    Oxunub:1226
Rusiyada son sutka ərzində koronavirusa 8672 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 614 834 nəfərə çatıb.

Rusiyada son bir gündə 365 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 101 845 nəfərdir. İndiyədək 4 239 038 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Rusiya   Koronavirus  





Xəbər lenti