Zelenski Donbasa getdi

Zelenski Donbasa getdi
  08 Aprel 2021    Oxunub:1807
Ukrayna Prezidenti Vladimir Zelenski Donbasa gedib.
Azvision.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, Zelenski cəbhə bölgəsində mövqeləri ziyarət edəcək. O, düşmən atəşi nəticəsində Ukrayna hərbçilərinin öldürüldüyü və yaralandığı ön mövqelərə baş çəkəcək.

Xatırladaq ki, son günlər Ukraynanın şərqində vəziyyət gərginləşib. Ukrayna Müdafiə Nazirliyi separatçıların atəşkəsi pozması nəticəsində iki ukraynalı hərbçinin həlak olduğunu açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Donbass  





Xəbər lenti