Çavuşoğlu stul qalmaqalına münasibət bildirdi

 Çavuşoğlu stul qalmaqalına münasibət bildirdi
  08 Aprel 2021    Oxunub:2420
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Avropa İttifaqı (Aİ) Şurası Prezidenti Şarl Mişel və Avropa Komissiyasının Prezidenti Ursula von der Leyenin Ankaraya səfəri zamanı yaranmış protokol mübahisəsinə aydınlıq gətirib.
Azvision.az xəbər verir ki, XİN rəhbəri Aİ tərəfinin protokoldakı tələblərini Ankaranın yerinə yetirdiyini deyib.

“Avropa İttifaqının təklifi əsasında belə bir "oturma" təşkil edildi", - deyən Çavuşoğlu Türkiyəyə qarşı haqsız ittihamların olduğunu vurğulayıb:

"Türkiyə köklü bir dövlətdir, ilk dəfə qonaq qarşılamır. Türkiyədə təşkil edilən görüşlərdə tətbiq olunan protokol beynəlxalq protokol qaydaları və türk qonaqpərvərliyi çərçivəsində olur. Hər ziyarətdən əvvəl protokolçular bir araya gəlir, tənzimlənmə ilə bağlı görüşlər keçirirlər. Aİ-nin tələbləri ilə belə bir “oturma tənzimləməsi” təşkil edildi. Nöqtə”.



Xatırladaq ki, Mişel və Leyenin Türkiyə Prezidenti ilə görüşü zamanı iki stul qoyulub. Həmin stullarda Ərdoğan və Mişel əyləşib, Leyen isə bir neçə saniyə çaşqınlıq içərisində qaldıqdan sonra bir qədər aralıdakı divanda oturub.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Avropaİttifaqı   Türkiyə   Çavuşoğlu  





Xəbər lenti