Erməni nazir “Sputnik V”nin qiymətini açıqladı

 Erməni nazir “Sputnik V”nin qiymətini açıqladı
  08 Aprel 2021    Oxunub:1716
Rusiyanın koronavirusa qarşı “Sputnik V” peyvəndinin iki dozasının qiyməti 19 dollar təşkil edir.
Azvision.az xəbər verir ki, bunu Ermənistanın səhiyyə naziri Anait Avanesyan deyib. O bildirib ki, iki doza üçün 19 dollar ödənilib.

Bu gecə Rusiya peyvəndinin 15 min dozadan ibarət ilk partiyası Ermənistana gətirilib.

Daha əvvəl “AstraZeneca” vaksinlərinin Ermənistan üçün bir dozasının 4,5 dollar olduğu bildirilib.

Xatırladaq ki, Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşdə İrəvanın bir milyona yaxın “Sputnik V” peyvəndi almaq niyyətini açıqlayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SputnikV  





Xəbər lenti