Rusiyanın baş prokuroru Ermənistanda səfərdədir

Rusiyanın baş prokuroru Ermənistanda səfərdədir
  08 Aprel 2021    Oxunub:1584
Rusiyanın baş prokuroru İqor Krasnov Ermənistana səfər edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın Baş prokurorluğunun mətbuat katibi Arevik Xaçatryan bildirib.

Xaçatryan əlavə edib ki, Krasnov erməni həmkarının dəvəti ilə gəlib.

Qeyd edək ki, Ermənistanın baş prokuroru Artur Davtyan yanvarın ortalarında Rusiyada olub. Rus həmkarı ilə görüş zamanı ikitərəfli əməkdaşlıq, qarşılıqlı hüquqi yardım, ekstradisiya məsələləri müzakirə olunub.

Görüşdən sonra Davtyan və Krasnov 2021-2022-ci illər üçün əməkdaşlıq proqramı imzalayıblar.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti