Türkiyə ilə birgə əməliyyat-taktiki təlimləri başlayıb - VİDEO

 Türkiyə ilə birgə əməliyyat-taktiki təlimləri başlayıb -    VİDEO
  08 Aprel 2021    Oxunub:4023
Aprelin 8-də ölkəmizdə Azərbaycan və Türkiyə ordularının əməliyyat-taktiki təlimləri başlayıb. Təlimlər Azərbaycan Ordusunun hərbi birliklərinin cavabdehlik zonalarının müxtəlif istiqamətlərində yerləşən ümumqoşun poliqonlarında keçirilir.
Azvision.az xəbər verir ki, təlimlərin əsas məqsədi Azərbaycan və Türkiyə ordularının əməliyyat bölmələrinin qarşılıqlı fəaliyyətinin təkmilləşdirilməsi və döyüş qabiliyyətinin yüksəldilməsi, əməliyyat bölmə komandirlərinin hərbi qərar qəbuletmə, təşəbbüs göstərmə və idarəetmə bacarıqlarının inkişaf etdirilməsidir.

Təlimlər aprelin 9-na kimi davam edəcək.



Azvision.az


Teqlər: Ordu   Türkiyə   Təlim  






Xəbər lenti