Koçaryan Paşinyanı məhkəməyə verdi

Koçaryan Paşinyanı məhkəməyə verdi
  08 Aprel 2021    Oxunub:3362
Ermənistanın ikinci prezidenti Robert Koçaryan baş nazir Nikol Paşinyana qarşı məhkəmədə iddia qaldırıb.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistanın məhkəmə məlumat sistemində informasiya yer alıb.

İddia 7 aprel tarixində İrəvan ümumi yurisdiksiyası məhkəməsinə təqdim edilib.

Məlumata görə, Koçaryan ədalətli məhkəmə araşdırması hüququnun pozulması, iddiaçıya qarşı irəli sürülən böhan xarakterli ifadələrin açıq şəkildə təkzib edilməsi və hər iki halda mənəvi ziyanın ödənilməsini tələb edir.

Pərvanə Sultanova
Azvision.az



Teqlər: Koçaryan   Paşinyan  





Xəbər lenti