Paşinyan İrəvanda Arayik Arutyunyanla görüşdü

 Paşinyan İrəvanda Arayik Arutyunyanla görüşdü
  08 Aprel 2021    Oxunub:3375
Ermənistanın baş naziri Nikol Paşinyan İrəvanda Qarabağ separatçılarına rəhbərlik edən Arayik Arutyunyanla görüşüb
Azvision.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, Paşinyan Moskvada Rusiya Prezidenti Vladimir Putinlə apardığı danışıqların nəticələri barədə danışıb, görüşdə Qarabağdakı vəziyyət müzakirə edilib.

O, Qarabağ məsələsinin Rusiya prezidenti ilə danışıqların gündəliyində əsas yer tutduğunu bildirib.

Paşinyan Rusiya sülhməramlılarının bu gün təhlükəsizlik və sabitliyin təmin olunmasında əsas rol oynadıqlarını söyləyib. Rus kontingentinin fəaliyyətinin bundan sonra da eyni dərəcədə təsirli olacağına ümid etdiyini vurğulayıb.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: NikolPaşinyan  





Xəbər lenti