Energetika Nazirliyi 69 icazə verib

Energetika Nazirliyi 69 icazə verib
  08 Aprel 2021    Oxunub:1051
Bu ilin I rübündə Energetika Nazirliyi ixrac nəzarətinə düşən malların (işlər, xidmətlər, əqli fəaliyyətin nəticələri) idxalı, ixracı və tranziti üzrə 69 icazə verib.
Azvision.az -ın Nazirliyə istinadən verdiyi məlumata görə, bunlardan 61-i ixrac nəzarətinə düşən malların idxalı, 7-i tranziti, 1-i isə ixracı ilə bağlı olub. Hesabat dövründə 51 icazənin verilməsi 5 saylı Bakı “ASAN xidmət” mərkəzi vasitəsilə həyata keçirilib.

Energetika Nazirliyi 3 növ icazəni “ASAN xidmət” mərkəzlərində verir. Bura ixrac nəzarətinə düşən malların ixracı, təkrar ixracı, idxalı, təkrar idxalı və tranziti üçün icazə, mülki dövriyyənin müəyyən iştirakçılarına mənsub ola bilən və dövriyyədə olmasına icazə əsasında yol verilən əşyaların dövriyyəsinə icazə, habelə ixrac məqsədli neft-qaz fəaliyyətinə xüsusi iqtisadi rejimin tətbiqi haqqında şəhadətnamənin verilməsi daxildir.

Azvision.az


Teqlər: Energetika  





Xəbər lenti