Sudanda ölənlərin sayı 132 nəfərə çatıb

Sudanda ölənlərin sayı 132 nəfərə çatıb
  08 Aprel 2021    Oxunub:1705
Sudanın qərbindəki Qərbi Darfur əyalətindəki qarşıdurmalarda ölənlərin sayı 132-yə çatıb, ən azı 208 nəfər yaralanıb.
Bu barədə Azvision.az “RİA Novosti”yə istinadla xəbər verir. Əyalətin qubernatoru Məhəmməd əl-Duma bildirib ki, Çad yaraqlıları Qeney şəhərinə hücum ediblər və qarşıdurmada yerli qəbilələrdən birinə kömək göstəriblər.

Məlumata görə, ölkə rəsmiləri vətəndaşlardan silahları müsadirə etməyib, öz vətəndaşlarını dəstəkləməyib və bölgəyə hərbçilər göndərməyib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Sudan  



Xəbər lenti