ABŞ-da koronavirusdan ölənlərin sayı 559 mini ötüb

ABŞ-da koronavirusdan ölənlərin sayı 559 mini ötüb
  08 Aprel 2021    Oxunub:1702
ABŞ-da son sutka ərzində 75 038 nəfər koronavirus (COVID-19) infeksiyasına yoluxub.
Azvision.az xəbər verir ki, bu barədə Con Hopkins Universiteti məlumat yayıb. Birləşmiş Ştatlarda bir gündə virusa yoluxmuş 222 nəfər dünyasını dəyişib.

Ümumilikdə isə ABŞ-da COVID-19 infeksiyasına yoluxanların sayı 30,9 milyonu keçib, ölənlərin sayı isə 559 117 min nəfərə yüksəlib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: ABŞ  



Xəbər lenti