Son sutkada 2717 nəfər COVID-19-a yoluxub

 Son sutkada 2717 nəfər COVID-19-a yoluxub
  08 Aprel 2021    Oxunub:1884
Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2717 yeni yoluxma faktı qeydə alınıb, 1341 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 31 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 279 181 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 245 881 nəfər müalicə olunaraq sağalıb, 3811 nəfər vəfat edib. Hazırda aktiv xəstə sayı 29 489 nəfərdir.

Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 581, ötən müddət ərzində isə ümumilikdə 2 977 593 test aparılıb.

Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  






Xəbər lenti