Dünyada koronavirusla bağlı son vəziyyət

 Dünyada koronavirusla bağlı son vəziyyət
  09 Aprel 2021    Oxunub:1129
Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 134 milyon 528 min 841 nəfərə çatıb.

Azvision.az Worldometers saytına istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 2 milyon 915 min 013 nəfərdir. İndiyədək 108 milyon 330 min 462 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) gündəlik hesabatına əsasən, ötən sutka 667 026 nəfər koronavirusa yoluxub, 13 043 nəfər dünyasını dəyişib

Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 31 717 404 nəfər virusa yoluxub, 573 856 pasiyent dünyasını dəyişib.

İkinci sırada Braziliya gəlir. İndiyədək bu ölkədə 13 286 324 yoluxma qeydə alınıb. Onlardan 345 287 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Hindistanda pandemiya dövründə 13 060 542 nəfərdə virus aşkar edilib. Xəstələrdən 167 694 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Fransada 4 939 258 yoluxma, 98 065 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Rusiyada 4 614 834 nəfər virusa yoluxub ki, onlardan 101 845-i ölüb.

Xatırladaq ki, koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti