Qarabağda daha 9 erməni cəsədi aşkarlanıb

Qarabağda daha 9 erməni cəsədi aşkarlanıb
  09 Aprel 2021    Oxunub:2129
İkinci Qarabağ müharibəsi zamanı məhv edilmiş daha doqquz erməni hərbçinin meyitinin qalıqları tapılıb.

Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, yeddi cəsəd Cəbrayılda aşkarlanıb, daha iki meyitin qalıqlarını isə Azərbaycan Talış kəndi istiqamətində aşkarlayaraq qarşı tərəfə təhvil verib.
Onların şəxsiyyətini müəyyənləşdirmək üçün məhkəmə-tibb ekspertizası təyin ediləcək.

Xatırladaq ki, ikinci Qarabağ müharibəsindən sonrakı dövr ərzində - 13 noyabrdan bəri 1539 erməni hərbçinin cəsədi və ya cəsədinin qalıqları tapılaraq qarşı tərəfə təhvil verilib.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qarabağ   Meyit  



Xəbər lenti