DİN: 3 nəfər qəzada ölüb, 42 cinayətkar saxlanılıb

   DİN:  3 nəfər qəzada ölüb, 42 cinayətkar saxlanılıb
  09 Aprel 2021    Oxunub:2119
2021-ci il aprel ayının 8-də daxili işlər orqanları tərəfindən qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
Azvision.az xəbər verir ki, respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 37 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 6 cinayətin açılması təmin olunub.

Axtarışda olduğuna görə ümumilikdə 34 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 23 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

Respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb. Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 42 nəfər saxlanılıb.

Azvision.az


Teqlər: DİN  






Xəbər lenti