Azərbaycanlı zabit beynəlxalq mükafata layiq görüldü - FOTO

 Azərbaycanlı zabit beynəlxalq mükafata layiq görüldü -  FOTO
  09 Aprel 2021    Oxunub:3555
Böyük Britaniyanın Bakıdakı səfirliyi Azərbaycan Ordusunun zabiti Murtuz Zeynalovu Sandhurst Kral Hərbi Akademiyasında təhsilini fərqlənmə ilə başa vurması münasibətilə təbrik edib.
Azvision.az xəbər verir ki, bu barədə səfirliyin “Tvitter” səhifəsində paylaşım edilib.

“Bu gün Azərbaycan Ordusunun zabiti Murtuz Zeynalovu Sandhurst Kral Hərbi Akademiyasında təhsilini fərqlənmə ilə başa vurması münasibətilə təbrik edirik. Zabit Zeynalov beynəlxalq kursant kimi xüsusi xidmət göstərdiyinə görə “Hodson’s Horse Award” mükafatına layiq görülüb. Birləşmiş Krallıq mütəmadi olaraq Azərbaycanın və bölgənin Silahlı Qüvvələrinin heyətini Britaniyalı həmkarları ilə birlikdə peşəkar hərbi təlimlərdə iştirak etməyə dəvət edir”, - səfirliyin paylaşımında qeyd edilib.



Pərvanə Sultanova
Azvision.az


Teqlər: MurtuzZeynalov   Böyük-Britaniya   Səfirlik  



Xəbər lenti