Salih Yılmaz: “Ermənistan mina xəritələrini verməməklə beynəlxalq cinayət törədir” - EKSKLÜZİV

Salih Yılmaz:  “Ermənistan mina xəritələrini verməməklə beynəlxalq cinayət törədir” -   EKSKLÜZİV
  09 Aprel 2021    Oxunub:8807
Ermənistan işğaldan azad edilmiş ərazilərin mina xəritələrini Azərbaycana verməməklə əslində bütün vətəndaşlara qarşı beynəlxalq cinayət törədir.
Bunu Azvision.az -a açıqlamasında Ankara İldırım Bəyazid Universitetinin professoru, tanınmış politoloq Salih Yılmaz deyib. Politoloq hesab edir ki, Azərbaycan bu məsələ ilə bağlı beynəlxalq məhkəmələrə müraciət edə bilər.

Salih Yılmazın sözlərinə görə, Azərbaycan minalardan ölən və yaralanan şəxslərlə bağlı məhkəməyə müraciət etmək hüququna malikdir.

"Ermənistan minalar məsələsini “bazarlıq” halına gətirərək qazanc əldə etmək istəyir. Qarşı tərəf atəşkəs razılaşmasından sonra Azərbaycan ərazilərində təxribat törətmək istəyən və tutularaq terrorda mühakimə edilən şəxsləri mina xəritəsi müqabilində dəyişdirməyə çalışır. Azərbaycan öz torpağında heç bir güzəştə getmədən daha cəsarətli addımlar ata bilər. Rusiyanın mina məsələsini “bazarlıq” halına gətirmək istəməsi də güvən böhranı yaradır. Onun böhran halından faydalandığını demək olar", - deyə türkiyəli politoloq vurğulayıb.

S.Yılmaz onu da əlavə edib ki, Azərbaycan Laçın dəhlizi ilə bağlı daha sərt addımlar ataraq əcnəbilərin girişini məhdudlaşdırmalıdır. Bundan əlavə, Ermənistan vətəndaşlarının Qarabağ ərazisinə girişinə də ciddi nəzarət edilməlidir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: SalihYılmaz  





Xəbər lenti