Saatlıda oğul atasından polisə şikayət etdi

Saatlıda oğul atasından polisə şikayət etdi
  09 Aprel 2021    Oxunub:1583
Saatlı rayon sakinindən odlu silah götürülüb.
Bu barədə Azvision.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 8-də Saatlı Rayon Polis Şöbəsinə müraciət edən Mircəlal kənd sakini F.İsmayılov həmin gün sərxoş olan atası İ.İsmayılovun onu ov tüfəngi ilə öldürəcəyi ilə hədələdiyini bildirib.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində İ.İsmayılovdan müvafiq sənədləri olmayan “TOZ-63” markalı ov tüfəngi götürülüb.

Azvision.az


Teqlər: DİN  






Xəbər lenti