Gürcüstanda matəm elan olundu

Gürcüstanda matəm elan olundu
  09 Aprel 2021    Oxunub:1578
10 aprel tarixində Gürcüstanda matəm günü elan olunub.
Azvision.az “Sputnik Gürcüstan”a istinadla xəbər verir ki, bu barədə baş nazir İrakli Qaribaşvili qərar imzalayıb.

Qərara əsasən, həmin gün Abxaziya bölgəsində yaşayan və Gürcüstana keçərkən həlak olan 4 Gürcüstan vətəndaşının xatirəsi anılacaq.

Dövlət bayraqları 10 aprel saat 00: 00-dan 11 aprel 00: 00-a qədər bütün Gürcüstan ərazisində endiriləcək.

Xatırladaq ki, aprelin 7-də 2 qadın və 2 kişi İnquri çayını keçərək Abxaziyadan Gürcüstanın nəzarətindəki əraziyə daxil olmağa cəhd edərkən boğulub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Matəm  



Xəbər lenti