Rusiyada koronavirusa yoluxanların sayı 102 mini keçdi

Rusiyada koronavirusa yoluxanların sayı 102 mini keçdi
  09 Aprel 2021    Oxunub:2104
Rusiyada son sutka ərzində koronavirusa 9150 yeni yoluxma halı qeydə alınıb.
Azvision.az “RİA Novosti”yə istinadən xəbər verir ki, ölkə üzrə virusa yoluxanların sayı 4 623 984 nəfərə çatıb.

Rusiyada son bir gündə 402 pasiyent vəfat edib, pandemiya qurbanlarının ümumi sayı 102 247 nəfərdir. İndiyədək 4 248 700 xəstə sağalıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxma hallarının sayına görə dünyada beşinci yerdədir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: koronavirus  





Xəbər lenti