“17 mindən çox saxta əlillik ləğv edilib” - Sahil Babayev

 “17 mindən çox saxta əlillik ləğv edilib” -    Sahil Babayev
  09 Aprel 2021    Oxunub:1816
"Son üç il ərzində əlillik müddətinin uzadılması ilə bağlı aşkarlanan saxtakarlıqlar nəticəsində həmin şəxslərin əlilliyi ləğv edilib".
Azvision.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev bildirib.

Nazir deyib ki, ötən 3 ildə aparılan araşdırmalar zamanı 17 mindən çox saxta əlillik, 90 minə yaxın pensiya işi ləğv edilib: "Bu saxta işlər ləğv edilməsəydi, təkcə bu il üçün maliyyə yükü 560 milyon manatdan çox olardı".

Aytən Zəhra
Azvision.az


Teqlər: Əlillik   Saxta  






Xəbər lenti