Növbəti DOST Mərkəzi Abşeronda açılacaq

   Növbəti DOST Mərkəzi Abşeronda açılacaq
  09 Aprel 2021    Oxunub:3742
Növbəti DOST Mərkəzinin Abşeron rayonunda açılması planlaşdırılır.
Azvision.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir bildirib ki, Bərdə, Quba, Gəncə, Sumqayıt, Sabirabadda DOST Mərkəzlərinin yaradılmasına dair işlərə başlanılıb.

“Bəzilərində layihələndirmə, bəzilərində tikinti-təmir işləri həyata keçirlir. Ümumilikdə ölkə üzrə 16 regional DOST Mərkəzi yaradılacaq. Hər bir rayonda mərkəzlərin qəbul şöbələri olacaq”.

S.Babayev qeyd edib ki, hal-hazırda Virtual DOST Mərkəzi platforması hazırlanır.

“Ümidvaram ki, cari ildə onu istifadəyə verəcəyik. O zaman ölkənin istənilən regionunda yaşayan insan hər hansı mərkəzə getmədən mobil aplikasiyalar vasitəsilə müraciət edə biləcək”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Nazir   DOST   Mərkəz  






Xəbər lenti