Paşinyandan sonra Mirzoyan Rusiyaya gedir

Paşinyandan sonra Mirzoyan Rusiyaya gedir
  09 Aprel 2021    Oxunub:1651
Ermənistan parlamentinin spikeri Ararat Mirzoyan Rusiyaya səfər edəcək.
Azvision.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının sədri Vyaçeslav Volodin bildirib.

Onun sözlərinə görə, Ararat Mirzoyanla görüşdə parlamentlərarası əlaqələrin inkişafı ilə müzakirələr aparılacaq. Volodinlə Mirzoyanın görüşü 13 aprel tarixində keçiriləcək.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan bir neçə gün əvvəl Rusiyada səfərdə olub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: VyaçeslavVolodin  



Xəbər lenti