Baş prokurorlar Heydər Əliyevin məzarını ziyarət ediblər

Baş prokurorlar Heydər Əliyevin məzarını ziyarət ediblər
  09 Aprel 2021    Oxunub:1407
Xəbər verdiyimiz kimi, Rusiya Federasiyasının Baş Prokuroru İqor Krasnov aprelin 8-də Azərbaycan Respublikasının Baş Prokuroru Kamran Əliyevin dəvəti ilə Bakıya rəsmi səfərə gəlib.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, bu gün Kamran Əliyev və İqor Krasnov Fəxri Xiyabana gedərək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyublar, eləcə də görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın məzarını ziyarət ediblər.

Bundan sonra, hər iki ölkənin Baş Prokurorları tərəfindən 1941-1945-ci il Böyük Vətən Müharibəsi iştirakçılarının şərəfinə ucaldılmış kompleks ziyarət edilib, abidə önünə əklil qoyularaq xatirələri ehtiramla yad olunub.

Azvision.az



Teqlər: Baş-Prokurorluq  





Xəbər lenti