Ermənilərin 27 il talan etdiyi Oxçuçay yatağı - FOTOLAR

Ermənilərin 27 il talan etdiyi Oxçuçay yatağı -  FOTOLAR
  09 Aprel 2021    Oxunub:4958
Zəngilan 27 illik işğal dövründə Ermənistanın hərbi və ekoloji təcavüzünə məruz qalıb. Ermənilər xan çinarlarının vətəni sayılan Zəngilanın təbii sərvətlərini talan edərək ölkəmizə külli miqdarda ziyan vurublar.
Düşmən digər ərazilərimizdə olduğu kimi, Zəngilanın Sarıqışlaq kəndi yaxınlığında yerləşən Oxçuçay üzlük daşı yatağını da qanunsuz istismar edib.



Məlumat üçün bildirək ki, Zəngilan rayonunda qeydiyyata alınmış 11 faydalı qazıntı yatağı – 1 qızıl-kvars-porfir, 8 qeyri-filiz və tikinti materialı, 2 yeraltı şirin su yatağı mövcud olub. İşğala qədər bu yataqların heç biri istismara cəlb edilməyib. Ermənistanın işğalı dövründə “Vejnəli” qızıl-kvars-porfir, “Zəngilan” əhəng xammalı, “Şərifan” qum-çınqıl, “Xaçınçay dərəsi” və “Həkəriçay dərəsi” yeraltı şirin su yataqları istismar olunub. Düşmən tərəfindən talanan yataqlardan biri olan və ümumi ehtiyatı 6 milyon 618 min kubmetr təşkil edən “Oxçuçay” mərmərləşmiş üzlük daşı yatağında işğalaqədərki dövrdə istismar işləri aparılmayıb.

Belə ki, ermənilər üzlük daşlarını talan edərək Ermənistana daşıyıblar. Onlar yataq ərazisində istifadə etdikləri texnikaları müharibə vaxtı ataraq qaçıblar.



Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəsmisi Şahin Ataşov Azvision.az-a bildirib ki, işğal zamanı yatağın Alabaşlı sahəsində istismar işləri həyata keçirilib.

Onun sözlərinə görə, yataqda düşmən tərəfindən aparılan istismarın həcmini və dəymiş zərərin müəyyənləşdirilməsi üçün geoloji təftiş işlərinin aparılmasına ehtiyac var. Nazirlik rəsmisi əlavə edib ki, yatağın ehtiyatı üzlük daşı və çınqıl xammalı kimi öyrənilib.













Anar Kəlbiyev
Azvision.az


Teqlər: Zəngilan   Oxçuçay   Üzlük   Daş   Yataq   Talan   Ermənistan  






Xəbər lenti