ABŞ nümayəndə heyəti Donbası ziyarət edib
Qeyd olunub ki, nümayəndə heyəti Donbasda hərbi əməliyyat bölgəsini ziyarət edərək, vəziyyətlə tanış olublar.
Məlumata görə, ABŞ nümayəndələri təmas xəttində tapşırıqları yerinə yetirən Ukrayna hərbçilərinin bölmələrini ziyarət ediblər, onlarla söhbət aparıblar.
"ABŞ hökuməti Ukrayna sərhədləri ətrafında inkişaf edən vəziyyətdən dərindən narahatdır və Ukraynanın suverenliyini, ərazi bütövlüyünü hər cür dəstəkləyir", - deyə məlumatda vurğulanıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Donbas







Vaxtında, Aydın, Lazımlı!


