“Azəriqaz” sədri: Abonent sayı 3,5 dəfə artıb

 “Azəriqaz” sədri:  Abonent sayı 3,5 dəfə artıb
  09 Aprel 2021    Oxunub:2076
Hazırda respublika üzrə qazlaşma 96,2 faizdir. Bu, böyük göstəricidir.
Azvision.az xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyinin direktoru Ruslan Əliyev bildirib. Onun sözlərinə görə, qaz potensialı Azərbaycandan yüksək olan ölkələrdə belə göstərici aşağıdır.

"Bu günə olan məlumata əsasən, abonent sayı 2 milyon 400 minə çatır. Son 10 ildə abonent sayı 3,5 dəfə artıb. Fərdi qazlaşmada daha çox kömək etməyə çalışırıq. Ən böyük vəsaiti küçə xətləri tutur. Bu vəsaitin böyük hissəsini üzərimizə götürürük. Aprel ayından qəza və digər hallar azaldığı üçün bütün qüvvəmiz fərdi plan və küçə xətlərinin çəkilməsinə yönəldilir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Azəriqaz   Qaz-təhcizatı  






Xəbər lenti