Ermənistan MN-in binası qarşısında gərginlik davam edir

Ermənistan MN-in binası qarşısında gərginlik davam edir
  09 Aprel 2021    Oxunub:1987
Ermənistan Müdafiə Nazirliyinin binası yaxınlığında vəziyyət gərgin olaraq qalır.
Azvision.az erməni KİV-lərinə istinadla xəbər verir ki, müharibədə itkin və əsir düşən əsgərlərin valideynləri nazirliyin binasına soxulmağa çalışırlar.

Etirazçılar müdafiə naziri Vaqarşak Arutyunyan və Baş Qərargah rəisi Artak Dakvtyanla görüş tələb edirlər. Bəziləri nəzarət-buraxılış məntəqəsindən keçərək nazirliyə daxil olmağa çalışıb. Onlar deyiblər ki, hərbi rəhbərlik helikopterlərlə qaçıb.

"Helikopterlərlə qaçıb, bizə şüşə atırlar. Qoy uşaqlarımızı qaytarsınlar", - etirazçılar bildiriblər.

Hüquq-mühafizə orqanları valideynləri sakitləşdirməyə çalışsa da, bu günə qədər heç bir nəticə əldə olunmayıb.

Xatırladaq ki, aksiya dünəndən keçirilir, nazirlik binasının giriş-çıxışı bağlanıb.

Azvision.az


Teqlər: Ermənistan   Etiraz   Aksiya  



Xəbər lenti