Zelenski Fransaya gedir - Donbas müzakirə olunacaq
Qeyd edilib ki, Zelenski fransalı həmkarı Emmanuel Makron ilə Donbasdakı eskalasiya vəziyyətini müzakirə edəcək.
Fransanın Ukraynadakı səfiri Etien de Ponsen isə bildirib ki, səfərin əsas məqsədi Makronla təkbətək görüşməkdir.
"Danışmağa mövzular var. Şübhəsiz ki, prezidentin gündəmindəki ən vacib mövzulardan ikisi Ukraynanın şərq sərhədi yaxınlığında Rusiya hərbi gücünün qurulması və Ukraynadakı islahatların vəziyyəti, xüsusən də müstəqil və etibarlı məhkəmə sistemi olacaq”, - səfir deyib.
O bildirib ki, Fransa Rusiyanın hərəkətlərindən narahatdır və Rusiyanın Ukrayna sərhədindəki möhkəmləndirilməsi əvvəlki illərdə gördüyümüzdən xeyli fərqlidir.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: EmmanuelMakron







Vaxtında, Aydın, Lazımlı!


