Hikmət Hacıyev Qazaxıstan rəsmisi ilə görüşüb

Hikmət Hacıyev Qazaxıstan rəsmisi ilə görüşüb
  09 Aprel 2021    Oxunub:2297
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qazaxıstanın İnformasiya və İctimai İnkişaf nazirinin müavini Asxat Oralov ilə görüş keçirib.
Bu barədə Azvision.az -a Qazaxıstanın Bakıdakı səfirliyindən məlumat verilib.

Görüş zamanı tərəflər KİV sahəsində iki ölkə arasında əməkdaşlıq məsələlərini müzakirə ediblər. Asxat Oralov Nur-Sultan şəhərində Media Mərkəzinin işi, "Turkistan" adlı yeni televiziya kanalının fəaliyyətə başlaması, bu sahədə digər layihələr haqqında ətraflı məlumat verib.

Həmsöhbətlər türk dövlətlərin tarixi, mədəniyyəti və müasir həyatı ilə tanış olması məqsədilə beynəlxalq qarşılıqlı əməkdaşlığın vacibliyini vurğulayıblar.

Görüş Türk Şurasına üzv dövlətlərin informasiya və media sahəsində dövlət orqanları rəhbərlərinin konfransında iştirakı çərçivəsində baş tutub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: AsxatOralov  



Xəbər lenti