Paşinyanın övladlarının fotosu etiraz doğurdu

 Paşinyanın övladlarının fotosu etiraz doğurdu
  09 Aprel 2021    Oxunub:2820
Ermənistanın baş naziri Niko Paşinyanın ailəsi növbəti dəfə yerli medianın tənqidinə tuş gəlib.
Azvision.az xəbər verir ki, Paşinyanın oğlu ilə qızı İrəvanın məşhur restoranlarından birində görüntülənib. Bu barədə erməni KİV-ləri məlumat yayıb:

“Ölkədə vəziyyətin gərgin olduğu bir vaxtda baş nazirin övladları kef məclislərindən qalmırlar. Paşinyanın uşaqları “Kaskad” restoranında xoşbəxt sima ilə nahar edirlər, öz bahalı həyatlarına davam edəcəklərini gizlətmirlər. Eyni vaxtda isə Şirakdan İrəvana kimi yüzlərlə valideyn öz övladlarının taleyinə aydınlıq gətirilməsini tələb edir. Hansılar ki, ağır günlər yaşayırlar, yarım ilə yaxındır ki, matəm içindədirlər”.

Sosial şəbəkələrdə paylaşılan fotolar ermənilərin etirazına səbəb olub.



Xatırladaq ki, bir müddət əvvəl də baş nazirin oğlunun sözügedən restoranda gizli çəkilən fotoları yayılmışdı. O zaman ermənilər ölkədə artan narazılıq və iqtisadi böhran fonunda Aşotun gənclərlə nümayişkaranə şəkildə kef məclisi qurmasına etiraz etmişdilər.

Tural Tağıyev
Azvision.az


Teqlər: Ermənistan   Paşinyan  



Xəbər lenti