ABŞ Yanukoviçi prezident saymır
AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə Dövlət Departamentinin təmsilçisi Cen Psaki bildirib.
"Yanukoviç ölkədən qaçmaqla və hakimiyyətdə vakuum yaratmaqla öz legitimliyini itirib. Biz indi keçid hökuməti ilə işləməyi qərara almışıq", - deyə Psaki vurğulayıb.
Ukraynada hakimiyyət dəyişikliyi keçən bazar günü baş verdi. Ali Rada Viktor Yanukoviçi prezidentlikdən uzaqlaşdırdı və onun səlahiyyətlərini spiker Aleksandr Turçinova həvalə etdi, mayın 25-nə növbədən kənar prezident seçkiləri təyin etdi.
Ans Press
Teqlər: