Putin və Ərdoğan Qarabağı müzakirə ediblər
Bildirilib ki, Ərdoğan Rusiyanın Dağlıq Qarabağda vəziyyətin sabitləşməsini təmin etmək üçün atdığı addımları, eyni zamanda 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli üçtərəfli bəyanatların tədricən icrasını alqışlayıb.
Rusiya Prezidenti öz növbəsində Ərdoğanı bu yaxınlarda Azərbaycan və Ermənistan liderləri ilə apardığı təmasların nəticələri barədə məlumatlandırıb.
Liderlər Cənubi Qafqazda nəqliyyat infrastrukturunun bərpası ilə bağlı işlərin intensivləşdirilməsinin vacibliyinə dair fikir mübadiləsi aparıblar.
Azvision.az







Vaxtında, Aydın, Lazımlı!


