Naxçıvanda sərhədçilərin təlim toplantısı keçirilib

Naxçıvanda sərhədçilərin təlim toplantısı keçirilib
  10 Aprel 2021    Oxunub:1790
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında Sərhəd Nəzarət Məntəqələrinin hərbi qulluqçuları ilə təlim toplantısı keçirilib.
Azvision.az xəbər veri ki, toplantıda hərbi qulluqçuların sıra və fiziki hazırlıqları yoxlanılıb.

Toplantının ikinci günündə mənəvi-psixoloji hazırlıqdan “Hərbi qulluqçuların xidməti vəzifələrinin icrası zamanı vətəndaşlarla ünsiyyətin psixoloji əsasları” mövzusunda məşğələ keçirilib.

Peşə hazırlığından keçirilən məşğələdə yeni nəsil biometrik şəxsiyyət vəsiqəsi ilə Azərbaycan və Türkiyə vətəndaşlarının hər iki ölkəyə vizasız gediş-gəlişinin sürətli keçid prosedurları öyrədilib.

Hərbi qulluqçulara dünya pasportlarının atlası, dövlət sərhədini keçməyə hüquq verən bütün növ sənədlərin nümunələri göstərilib, sənədlərin xüsusiyyətlərinin təhqiqatını operativ olaraq müəyyən edən cihazlarla işləmə qaydaları bir daha çatdırılıb.

Toplantının yekununda xidmətin keyfiyyətinin yaxşılaşdırılması və etibarlı sərhəd nəzarətinin təmin olunması istiqamətində müvafiq tapşırıqlar verilib, toplantıların keçirilməsinin bundan sonra da davam etdiriləcəyi vurğulanıb.

Azvision.az


Teqlər: Naxçıvan   Toplantı  






Xəbər lenti