Davudoğlu təcili Krıma gedir

Davudoğlu təcili Krıma gedir
  01 Mart 2014    Oxunub:1125
Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Ukraynaya işgüzar səfərə gedib. Səfər çərçivəsində Krımda yeni Ukrayna hakimiyyəti və tatar diasporunun nümayəndələri ilə görüşəcək.
Planlaşdırılır ki, o, Ukraynanın Xarici İşlər nazirini əvəz edən Andrey Deşitse, Ukrayna prezidentinin vəzifəsini icra edən Aleksandr Turçinov və baş nazir Arseni Yatsenyukla görüşəcək.

Bundan əlavə, səfər çərçivəsində Əhməd Davudoğlu krımtatar xalq məclisinin sabiq sədri, Ukrayna parlamentinin üzvü Mustafa Əbdülcəmil Kırımoğlu ilə görüş keçirəcək.

Türkiyə xarici siyasət idarəsi qeyd edir ki, Davudoğlunun planlarına Ukrayna hökumətinə daxil olmayan müxtəlif siyasi partiyaların nümayəndələri ilə danışıqlar aparmaq da daxildir.


Teqlər:  





Xəbər lenti