Gürcüstanda dövlət bayraqları endirilib

Gürcüstanda dövlət bayraqları endirilib
  10 Aprel 2021    Oxunub:1068
Bu gün Gürcüstanda matəmdir. Ölkənin bütün dövlət qurumlarında bayraqlar endirilib.
Azvision.az xəbər verir ki, aprelin 7-də Abxaziyanın Qali rayonundan olan 4 Gürcüstan vətəndaşı İnquri çayında faciəli şəkildə ölüb. Bununla əlaqədar olaraq aprelin 10-da ölkədə matəm günü elan olunub.

Həlak olan şəxslər işğal altında olan Abxaziyadan Gürcüstanın nəzarətindəki əraziyə İnquri çayı vasitəsilə keçməyə cəhd edərkən boğularaq ölüblər.

Azvision.az


Teqlər: Gürcüstan   Matəm  



Xəbər lenti