Sarkisyanın kürəkəni: “Paşinyanı cəzalandıracağam”

  Sarkisyanın kürəkəni:  “Paşinyanı cəzalandıracağam”
  10 Aprel 2021    Oxunub:2954
Qarşıdan gələn erkən parlament seçkilərində heç bir siyasi qüvvəni dəstəkləməyəcəm.

Azvision.az xəbər verir ki, bunu “ Armnews”a müsahibəsində Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan bildirib.
O deyib ki, tərəfdarları siyahıların heç birində olmayacaq: "Rəsmi olaraq bildirirəm ki, bu seçkilərdə heç bir qüvvəni dəstəkləməyəcəyəm. Dostlarım və ya tərəfdarlarım heç kimin siyahısında olmayacaq. Əgər kiminsə siyahısında olacaqlarsa, deməli, mənim dostum, mənim tərəfdarım deyil".

Keçmiş səfir əlavə edib ki, seçkilərdə iştirak etsə, bunu dostları, tərəfdarları ilə birlikdə edəcək.

Sabiq diplomat, həmçinin Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanı vəzifəsindən kənarlaşdıracağını, sonra onu cəzalandıracağını əlavə edib.

"Bəli, Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdıracağam. Bununla yanaşı, Paşinyanı cəzalandıracağam və dünyaya onun erməni xalqının düşməni, xain və qatil olduğunu sübut edəcəyəm. İkincisi, seçkilər hamıya kimin kim olduğunu göstərmək üçün bir fürsətdir”.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Minasyan   Seçki   Paşinyan   Sarkisyan  



Xəbər lenti