Sarkisyanın kürəkəni: “Paşinyanı cəzalandıracağam”
Azvision.az xəbər verir ki, bunu “ Armnews”a müsahibəsində Ermənistanın Vatikandakı keçmiş səfiri, eks-prezident Serj Sarkisyanın kürəkəni Mikael Minasyan bildirib.
Keçmiş səfir əlavə edib ki, seçkilərdə iştirak etsə, bunu dostları, tərəfdarları ilə birlikdə edəcək.
Sabiq diplomat, həmçinin Ermənistanın hazırkı baş naziri Nikol Paşinyanı vəzifəsindən kənarlaşdıracağını, sonra onu cəzalandıracağını əlavə edib.
"Bəli, Nikol Paşinyanı hakimiyyətdən uzaqlaşdıracağam. Bununla yanaşı, Paşinyanı cəzalandıracağam və dünyaya onun erməni xalqının düşməni, xain və qatil olduğunu sübut edəcəyəm. İkincisi, seçkilər hamıya kimin kim olduğunu göstərmək üçün bir fürsətdir”.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Minasyan Seçki Paşinyan Sarkisyan







Vaxtında, Aydın, Lazımlı!


