Fransada məscid yandırıldı

   Fransada məscid yandırıldı
  10 Aprel 2021    Oxunub:1614
Fransanın Nant şəhərində naməlum şəxslər Arrahma məscidini yandırıblar.
Azvision.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində məscidə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırmalara başlanılıb. Məscidin ətrafında içində benzin olan qablar tapılıb. Polis yanğını törədən şəxslərin kimliyini müəyyənləşdirməyə çalışır.

Qeyd edək ki, Fransanın Müsəlman Məzhəbi Şurası (CFCM) hadisəni pisləyib. Təşkilat məscidin yandırılmasını qəbuledilməz hərəkət adlandırıb.

Azvision.az


Teqlər: Fransa   Məscid  



Xəbər lenti