Qırğızıstanda “sükut günü”dür

Qırğızıstanda “sükut günü”dür
  10 Aprel 2021    Oxunub:1355
Bu gün Qırğızıstanda yerli hakimiyyət orqanlarına seçkilər və referendum öncəsi "sükut günü"dür.
Azvision.az bu ölkənin KİV-lərinə istinadla xəbər verir ki, seçkiqabağı təşviqat səsvermə başlamazdan 24 saat əvvəl, yəni bu gün yerli vaxtla saat 08:00-da bitib.

Eyni zamanda, əvvəllər seçki komissiyalarının binalarının xaricində yerləşdirilmiş çap olunmuş təşviqat materialları (vərəqələr, afişalar, lövhələr və digər materiallar) seçki günü eyni yerlərdə saxlanılır.

Xatırladaq ki, referenduma Qırğızıstanın prezident idarəçiliyinə keçirilməsi və deputatların sayının 120-dən 90-a endirilməsi məsələləri çıxarılır.

İndiyədək Qırğızıstanda parlament-prezident idarəçilik forması hökm sürüb.

Referendumu Azərbaycan da daxil olmaqla, MDB və bir sıra Avropa ölkələrinin, həmçinin beynəlxalq təşkilatların təmsilçiləri izləyəcəklər.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Qırğızıstan  



Xəbər lenti