“Alibaba” 2,8 milyard dollar cərimələndi

 “Alibaba” 2,8 milyard dollar cərimələndi
  10 Aprel 2021    Oxunub:1483
Çinin bazarlara nəzarət üzrə dövlət agentliyi “Alibaba” şirkətini antiinhisarçılıq qanunlarını pozduğuna görə 18,34 milyard yuan (2,78 milyard dollar) cərimələyib.
Azvision.az bu barədə “RİA Novosti”yə istinadla xəbər verir.

Məlumat görə, qanunun müvafiq bəndlərini pozduğu üçün şirkətə 2019-cu ildə ölkə daxilində 455,71 milyard yuanlıq (69,67 milyard dollar) satışın 4%-i həcmində cərimə tətbiq edilməsinə qərar verilib.

Ümumilikdə “Alibaba” 18 228 milyard yuan (2,78 milyard dollar) cərimə ödəməlidir.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin  



Xəbər lenti