Çində üçüncü vaksinin klinik sınaqlarına icazə verildi

Çində üçüncü vaksinin klinik sınaqlarına icazə verildi
  10 Aprel 2021    Oxunub:1376
Çində “Sinopharm” milli şirkəti tərəfindən koronavirusa qarşı hazırlanan üçüncü vaksinin klinik sınaqlarına icazə verilib.
Azvision.az bu barədə “TASS”a istinadla xəbər verir.

Qeyd edilib ki, yeni preparat bədənin immunitet müdafiəsini stimullaşdıran xüsusiyyətlərə malikdir.

Rəsmi məlumatlara görə, qeyd olunan yeniliyə əlavə olaraq, Çində koronavirusa qarşı daha beş vaksin hazırlanıb. Onlar üç mərhələdə peyvəndlənmə üçün nəzərdə tutulub.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Çin  



Xəbər lenti