Cibuti prezidenti seçkilərdə qalib gəldi
Məlumata görə, Qelle beşinci dəfə prezident seçilmək imkanı qazanıb.
Seçkilərdə iki namizəd iştirak edib - hazırkı dövlət başçısı 73 yaşlı İsmayıl Ömər Qelle və 56 yaşlı iş adamı Zakari İsmayıl Fərah. Qelle səslərin 167 535-ni, yaxud 98.58 faizini, Zakari 4408 və ya 2.59 faizini alıb. Beləliklə, ilkin nəticələrə əsasən, ölkənin hazırkı lideri növbəti dəfə seçkiləri qazanıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Cibuti







Vaxtında, Aydın, Lazımlı!


