Ukraynalı diplomatlar ağacəkmə kampaniyasına qoşulublar
Məlumata görə, aksiya çərçivəsində Ukraynada və yer kürəsinin müxtəlif nöqtələrində 1 milliyon ağacın əkilməsi planlaşdırılır. Simvolik milliyonuncu ağacın Kiyevdə əkilməsi nəzərdə tutulub.
Təbirdə iştirak etmək məqsədi ilə Ukraynanın Azərbaycandakı fəxri konsulu Mehrəli Qasımov, eləcə də Ukrayna icmasının fəal üzvləri Şamaxıya yola düşüblər. Eldar şamı növündən 15 ağac əkilib.
Ekoloji aksiyada iştirak etdikdən sonra fəxri konsulluq tərəfindən Ukrayna icmasının üzvləri üçün Azərbaycanın ən maraqlı yerlərindən olan Şamaxı “Safari” parkına gəzinti təşkil edilib. Bu unikal parkda yüzlərlə müxtəlif heyvan yaşıyır. Onların arasında Avropa maralı, Şimali Amerika laması və alpakalar var. Xüsusən də sonuncular uşaqların çox xoşuna gəlib.
“Bugünkü aksiyada iştirak həm ekologiyaya qayğının rəmzi, həm də Azərbaycanla Ukrayna arasında möhkəm qarşılıqlı hörmət və əsl qardaşlığın göstəricisidir”, - açıqlamada vurğulanıb.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Azərbaycan







Vaxtında, Aydın, Lazımlı!


