“Qardaşım Ərdoğanın müharibənin ilk saatlarından verdiyi dəstək bizi ruhlandırdı” - Prezident

 “Qardaşım Ərdoğanın müharibənin ilk saatlarından verdiyi dəstək bizi ruhlandırdı” -  Prezident
  10 Aprel 2021    Oxunub:3863
Bütün sahələrdə Türkiyə-Azərbaycan dostluğu, qardaşlığı, birliyi özünü təsdiq etdi və 44 gün davam edən İkinci Qarabağ müharibəsində Türkiyənin Azərbaycana göstərdiyi dəstək, əlbəttə, həmişə bizim xatirimizdə olacaq, qəlbimizdə yaşayacaq. Əziz qardaşım, hörmətli Cümhurbaşqanı Rəcəb Tayyib Ərdoğanın müharibənin ilk saatlarından bizə verdiyi dəstək bizi ruhlandırdı və bəzi xarici qüvvələrin bu müharibədən kənarda durmasını təmin etdi.
Azvision.az xəbər verir ki, bu fikirləri Prezidenti İlham Əliyev Türkiyə Respublikasının ölkəmizdəki səfiri Erkan Özoralı qəbul edərkən söyləyib.

Fon der Leyen Prezidentimizi təbrik edib
Səfirin fəaliyyət müddətində Türkiyə-Azərbaycan qardaşlıq əlaqələrinin inkişafı üçün çox böyük işlər gördüyünü, hazırda bu əlaqələrin ən yüksək zirvədə olduğunu vurğulayan dövlətimizin başçısı deyib: “Bizim əlaqələrimiz çoxşaxəlidir. Siz burada fəaliyyət göstərən səfir kimi əlbəttə ki, bu əlaqələrin nə qədər dərin olmasını yaxşı bilirsiniz. Elə bir sahə yoxdur ki, o sahədə biz əməkdaşlıq etməyək. Son illərdə bütün sahələrdə böyük inkişaf var. Artıq bizim vətəndaşlarımızın qardaş ölkələrə pasportsuz, yəni, daxili sənədlə səfər etməsi, əlbəttə ki, əlaqələrimizin nə qədər dərin olmasından xəbər verir”.

Prezident qeyd edib ki, Erkan Özoralın Azərbaycandakı fəaliyyəti həm bir səfir, həm də bir türk vətəndaşı kimi böyük təqdirlə qarşılanır. “Siz burada özünüzü vətəninizdəki kimi hiss etmisiniz, bu da təbiidir. İndi demək istəyirdim ki, vətənə qayıdırsınız, əslində, siz vətəndəsiniz və hər zaman burada sizin yeriniz var, bizim ürəyimizdə yeriniz var. Bilirəm ki, Azərbaycan ictimaiyyəti, Azərbaycanda fəaliyyət göstərən ictimai təşkilatlar, media nümayəndələri, rəsmi şəxslər sizin fəaliyyətinizə çox böyük qiymət verirlər, o cümlədən mən. Çünki bu illərdə, əlbəttə ki, həm burada, həm Türkiyədə çoxsaylı səfərlərim əsnasında sizin fəaliyyətinizin şahidi olmuşam və görmüşəm. Bilirəm ki, siz bütün səylərinizi iki qardaş xalqın bir-birinə daha yaxın olmasına istiqamətləndirmisiniz”, - deyə Azərbaycan Prezidenti bildirib.

Azvision.az


Teqlər: İlham-Əliyev   Prezident  





Xəbər lenti