İŞİD-in Kabildəki lideri tutuldu

 İŞİD-in Kabildəki lideri tutuldu
  10 Aprel 2021    Oxunub:2149
Əfqanıstanın xüsusi xidmət orqanları İŞİD terror qruplaşmasının Kabildəki lideri Qulam Naseri saxlayıb.
Azvision.az xəbər verir ki, bu barədə Əfqanıstan hökuməti məlumat yayıb.

Qeyd edilib ki, İŞİD lideri paytaxt Kabildə tutulub.

"İŞİD-Taliban terror qruplaşmasının əsas liderlərindən biri, həmçinin İŞİD-in Kabildəki lideri olan Əl-Xorasani kimi tanınan Qulam Sahinin oğlu Qulam Naser ölkənin təhlükəsizlik qüvvələri tərəfindən tutulub. Naser Əfqanıstan paytaxtında terror hücumlarının təşkilində əsas rol oynayıb", - ölkənin vitse-prezidenti Əmrulla Saleh bildirib.

Pərvanə Sutanova
Azvision.az


Teqlər: İŞİD  





Xəbər lenti